Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu azalıb
2023-cü ilin birinci rübündə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyəsinin həcmi illik müqayisədə 5,2% artaraq 373 907,8 min ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd edilib. Azərbaycanla ticarət Gürcüstanın ümumi xarici ticarət dövriyəsinin 7,8%-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 193 241,3 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 16% azdır.
2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 44,1% artaraq 180 666,5 min dollara çatıb.
Beləliklə bu ilin birinci rübüdə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 12 574,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 8,3 dəfə azdır.
Belə ki, 2022-ci ilin yanvar-mart aylarında Gürcüstanın Azərbaycanla xarici ticarətində 104 724 min dollarlıq mənfi saldo qeydə alınıb.