Quram Marxuliya: “Azərbaycan bunu heç vaxt bağışlamayacaq.”

Ermənistan yaxşı bilir ki, əsir saxladığı Azərbaycanlı hərbiçiləri azadlığa buraxmalıdır. Əks təqdirdə sülhdən danışmağa belə dəymir. Azərbaycan Ermənistanın bu addımını heç vaxt bağışlamayacaq. Bunu RealNews-a verdiyi müsahibəsində politoloq, ekspert Quram Marxuliya deyib.
“Ermənistan tərəfin atdığı addımlar mənə heç də təəcüblü gəlmir. Bütün erməni xalqı düşmənçilik güdür. Ermənilər öz əməllərindən yorulsalar da bu hərəkətlərindən əl çəkmirlər. Ermənistan yaxşı bilir ki, əsir saxladığı Azərbaycanlı hərbiçiləri azadlığa buraxmalıdır. Əks təqdirdə sülhdən danışmağa belə dəymir. Azərbaycan Ermənistanın bu addımını heç vaxt bağışlamayacaq. Ermənistanın əsir saxladığı hərbiçilər sırf pis hava şəraiti ilə əlaqədar yollarını azdıqları üçün Ermənistan ərazisinə bilmədən keçiblər. Buna görə də həmin hərbiçilər dərhal azadlığa buraxılmalıdır.”- deyə Quram Marxuliya bildirib.
Politoloq həmçinin Ermənistanın Azərbaycanlı hərbi qulluqçuları azadlığa buraxmaqdan başqa yolununun olmadığını vurğulayaraq, ən qısa zamanda onların Azərbaycana qaytarılacağına da əminlik ifadə edib. Hərbiçilərin hüquqlarının beynəlxalq ədalət çərçivəsində qorunduğunu bildirən ekpsert, onlara qarşı edilmiş işgəncənin qəbul edilməz olduğunu və buna görə Ermənistanın cavab verməli olacağını diqqətə çatdırıb.