Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutub – FOTO
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.
Laçın yolundakı vəziyyət də müzakirə olunub.