Tbilisidə “Çınar” kolleksiyası nümayiş olunub – VİDEOREPORTAJ
Tbilisidə genişmiqyaslı beynəlxalq moda nümayişi Metrica Fashion Show keçirilib.
15 ölkədən dizayenerlərin iştirak etdiyi şouda Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə Laura Qasımovanın Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Çınar” kolleksiyası da nümayiş olunub.
Məlumat üçün onu da bildirək ki, iki gün davam edən beynəlxalq moda nümayişində Azərbaycandan Sacria Atelier brendi də iştirak edib.