Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı Gürcüstanda saxlanılıb – VİDEO

Ermənistandan Avropaya 80 kq heroin aparan İran vətəndaşı Gürcüstanda saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə qurumun əməkdaşları Poti limanında Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi kompleks əməliyyat istintaq tədbirləri çərçivəsində 1961-ci il təvəllüdlü İran vətəndaşının idarə etdiyi şübhəli yük maşınına baxış keçirilib.

Axtarış zamanı yük maşınının arxa qapılarında gizlədilmiş 315 bağlamada 80 kiloqramadək heroin aşkarlanaraq dəlil kimi götürülüb.

Təhqiqat zamanı İran İslam Respublikası vətəndaşının narkotik vasitələri Ermənistan vasitəsilə Gürcüstana gətirdiyi və buradan Avropaya aparmağa çalışdığı müəyyən edilib. 

Onu da bildirək ki, faktla bağlı cinayət işi açılıb, iş üzrə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.