FED uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 5,00-5,25% səviyyəsində saxlayıb.

Bu barədə təşkilatın press-relizində bildirilir.

Qeyd edək ki, FED martda uçot dərəcəsini 25 baza bəndi qədər artırıb. Belə ki, uçot dərəcəsi 4,75-5%-ə qaldırılıb.

Həmin vaxt son faiz artımı ilə uçot dərəcəsi 2006-cı ildən bəri ən yüksək səviyyəyə yüksəlib.