Mixeil Saakaşvilinin məhkəməsi keçirilib – FOTO
Həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin 7 noyabr işi ilə əlaqədar məhkəməsi keçirilib.
Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəməyə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub. O, çıxışı zamanı ayağa qalxaraq fiziki vəziyyətini nümayiş etdirib və onu bu vəziyyətə salanların gürcü xalqından, Ukraynadan, Avropa Parlamentinin deputatlarından üzr istəməli olduğunu deyib.
“Gürcüstana və Ukraynaya xəyanət edənlər ən ağır sanksiyalarla cəzalandırılmalıdırlar”- Saakaşvili deyib.