İlham Əliyev: “Ötən ilin fevralında imzalanmış Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir”
Keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır.
RealNews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlət başçısı bildirib: “Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.