Tbilisidə bir nəfər dostunun boğazına bıçaqla xəsarət yetirərək qaçıb

Tbilisidə “Varketili” metrostansiyası yaxınlığında bir nəfər dostunun boğazına bıçaqla xəsarət yetirərək qaçıb.

Yaralı Tbilisidəki klinikalardan birinə aparılıb.

Əldə olan məlumata görə, onun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən hadisənin qarşılıqlı fikir ayrılığı zəminində baş verdiyi bildirilib.

Artıq faktla bağlı Cinayət Məcəlləsinin 117-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə araşdırma başladılıb.