İrəvanda Gürcüstan nömrəli avtomobillərin yüzlərlə sürücüsü aksiya keçirib

Ermənistanın paytaxtı İrəvanda 300-dən çox sürücü aksiya keçirib.

RealNews xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Etirazçılar Dövlət Gəlirləri Komitəsinin rəhbərliyindən onların tələblərini dinləyib yerinə yetirməyi tələb edib.

Aksiyaçılardan biri bildirib ki, yeni qəbul olunacaq qanuna əsasən ölkəyə Gürcüstan avtomobillərinin nömrə nişanları ilə daxil olarkən Ermənistan vətəndaşları və ikili vətəndaşlığı olanlar avtomobilin qiymətindən iki-üç dəfə artıq olan gömrük rəsmiləşdirilməsinə görə bütün məbləği ödəməlidirlər. Etirazçılar qanunun qəbul olunmasının əleyhinə çıxıblar.

“Qanun hələ müzakirə mərhələsində olduğundan qəbuluna mane olmaq üçün birləşmişik. Çünki biz Gürcüstandan daha çox yeni maşın gətirə bilirik. Əvvəllər eyni maşına 250 000 dram ödəyirdiksə, indi 500 000 dram ödəməliyik. Yəni, əgər biz artıq maşın almışıqsa, onda gərək Gürcüstanda ucuz qiymətə sataq ki, bu avtomobildən xilas olaq”, – etirazçılardan biri deyib.