Qardabanidə özünü falçı kimi təqdim edən şəxs gündüz vaxtı küllü miqdarda qızıl və pul oğurlayıb…

Qardabani rayonunun Birlik kəndində filmləri xatırladan oğurluq hadisəsi baş verib.

RealNews.ge xəbər veriri ki, bu gün bir nəfər ortayaşlı kişi Birlik kəndində yaşlı ailənin evinə gələrək özünü falçı kimi təqdim edib. Bu barədə RealNews-a kənd sakinləri məlumat veriblər. Belə ki, hadisə zamanı evdə iki nəfər olub. Gələn şəxs onlarla bir müddət söhbət etdikdən sonra evdə olan pul və qızıl zinət əşyalarını gətirmələrini istəyib. Ev sahibləri isə soyğunçunun dediklərini edərək evdə olan bütün qiymətli əşyaları gətiriblər.

Soyğunçu evi tərk etdikdən sonra isə pul və qızıl əşyalarını saxladıqları yerə baxan ev sahibləri onların yerində olmadığını görüblər.

Ümumilikdə 17.000 lariyədək pul və çox sayda qızıl zinət əşyasının oğurlandığı bildirilir.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşlarına məlumat verilib. Araşdırma aparılır.