Baş nazir Şarl Mişellə Aİ-Gürcüstan münasibətlərini müzakirə edib
Baş nazir İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, hökumət başçısı Şarl Mişeli Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi ilə bağlı məlumatlandırıb.
Qeyd edib ki, Gürcüstan bütün istiqamətlərdə inkişafa nail olub və hökumət tövsiyələrin yerinə yetirilməsi istiqamətində əlindən gələni edir.
İrakli Qaribaşvili hazırki geosiyasi vəziyyətə görə, həmçinin layiqlik əsasında Gürcüstanın namizəd statusu əldə etməli olduğunu deyib.