Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi Avropada və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirəcək.
Bunu Baş nazir İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.
O, bildirib ki, layihə eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafına yardım edəcək və bu iki region arasında tranzit üçün yeni imkanlar yaradacaq.
Baş nazir Gürcüstanın Azərbaycan və Qazaxstanla “Orta dəhliz”in gücləndirilməsi istiqamətində gördüyü işlərdən də danışıb:
“Orta dəhliz” Şərqlə Qərbi birləşdirən təhlükəsiz və etibarlı marşrut kimi ortaya çıxıb. Biz 2022-2027-ci illərdə maneələri aradan qaldırmaq və “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq. Sözügedən yol xəritələrində nəqliyyat-logistika infrastrukturunun inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin hazırlanması, dəhlizin rəqəmsallaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi konkret tədbirlər nəzərdə tutulub”.