Mikayıl Cabbarov Levan Davitaşvili ilə görüşüb – FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Bildirilib ki, iqtisadiyyat naziri Gürcüstanla iqtisadi əlaqələrin müsbət dinamikasını qeyd edib, qarşılıqlı faydalı imkanların dəyərləndirilməsi və reallaşdırılması üçün ticarət, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə potensialı diqqətə çatdırıb.
Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bunun nəticəsidir ki, dövlətlərimiz bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdəndir. Görüşdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb, bu xüsusda, Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub.
Levan Davitaşvili hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin regional inkişafa xidmət etdiyini vurğulayaraq, tərəfdaşlıq çərçivəsinin genişləndirilməsi üçün potensialı qeyd edib.
Tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edən qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.