Azərbaycandan Gürcüstana1,9 mlrd. kubmetr qaz satılıb
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək 418,7 mlrd. kubmetr qaz hasil edilib.
Məlumata görə, qeyd olunan həcmin 214,1 mlrd. kubmetr AÇG-dən, 204,6 mlrd. kubmetri “Şahdəniz”dən hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 144,8 mlrd. kubmetri ixraca nəql edilib”, – məlumatda qeyd olunur.
2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ay ərzində Azərbaycanda 40,1 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 mlrd.
kubmetri AÇG-dən, 21,8 mlrd. kubmetri “Şahdəniz”dən, 0,5 mlrd. kubmetri “Abşeron”dan, 7,1 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.
“Ötən ilin müvafiq dövrünə nisbətən 4,2%, yəni 1,6 mlrd. kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 19,8 mlrd.kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% çoxdur.
“Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 mlrd. kubmetr, Türkiyəyə 8,1 mlrd. kubmetr, Gürcüstana isə 1,9 mlrd. kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 mlrd. kubmetr qaz nəql olunub”, – məlumatda bildirilir.