Türkiyədə təyyarədə qorxulu anlar yaşanıb

Türkiyənin “Pegasus” aviaşirkətinə məxsus təyyarə Aralıq dənizi üzərində olarkən sərnişinlər əlverişsiz hava şəraiti səbəbindən çətin anlar yaşayıb.

RealNews.ge “Sabah”a istinadən xəbər verir ki, İstanbul-Çukurova reysini həyata keçirən təyyarə təqribən 3 saat havada qalıb və üç dəfə türbülansa (hava boşluğu) düşüb.

Nəticədə təyyarədə olan sərnişinlər arasında panika yaranıb. Bir nəfərin infarkt keçirdiyi, bir nəfərin isə huşunu itirdiyi bildirilib.

Məlumata görə, təyyarənin bir neçə dəfə qəzaya düşmə təhlükəsi yaranıb.

Təyyarə daha sonradan Kayseridə təcili eniş edib.

Bizi WhatsApp – da izləyin.