Qabal İnkişaf Mərkəzində “COP29 Azərbaycanda” mövzusunda tədbir keçirilib – FOTO

Qabal İnkişaf Mərkəzində “COP 29 Azərbaycanda” mövzusunda tədbir keçirilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov tədbiri giriş sözü ilə açaraq COP29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırıb.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. “Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”.
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.
Tədbirin sonunda COP29-a aid suallar cavablandırılıb.

Tədbir çərçivəsində Bakıda keçirilən COP29 sessiysına həsr olunmuş Azərbaycan və Gürcü dillərində bukletlər “Qabal İnkişafı Mərkəzi” tərəfindən kənd sakinlərinə, məktəb şagirdlərinə, gürcü ictimaiyyətinə paylanıb. Bukletlər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Tbilisidə çap olunub.

Bizi WhatsApp – da izləyin.