Rustavidə “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda tədbir keçirilib – FOTO
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində COP29 ilə bağlı Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ”Sazlı, sözlu kəlagayı günləri” layihəsi çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda tədbir keçirilib.
Mərkəzin icraçı direktoru Raida Dərziyeva, bildirmişdir ki, Kəlağayı əsrlərboyu Azərbaycanda geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi olan baş örtüyünün adıdır ki, bu da ən müxtəlif şəraitlərdə – xeyirdə, şərdə, təntənəli və adi günlərdə istifadə edilib. Bu, xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadınının milli geyiminin bir hissəsinə çevrilmişdir. Kəlağayıdan bineyi-qədimdən istifadə edilib.
Hər bir hadisə üçün bu və ya digər situasiyanın xüsusiyyətinə və əhəmiyyətinə uyğun olaraq, kəlağayının örtülməsinə dair konkret göstərişlər mövcud olub. Eyni zamanda, kəlağayı sosial fərqləri aradan qaldırıb, belə ki, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından heç nə ilə seçilməyib.
Kəlağayı – sülh və əmin-amanlıq rəmzi kimi tanınır.
O, Kəlağayı sənətətinin əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçməsi üçün əlindən gələni edən Güllü Tomarlı xanıma və ona dəstək olanlara təşəkkür edib və gələcək işlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan xalqının milli mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.
Bizi WhatsApp – da izləyin.