1000-2000 lari maaş: Tbilisidə 400-dək iş yeri…

Tbilisi Meriyası 400-ə yaxın vakansiya elan edib. Bu barədə şəhər meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, söhbət “Tbilsservis Qrupu”nda mövcud olan vakansiyalardan gedir.

“Vakansiyalarla bağlı məlumat paylaşmaq istəyirəm. Tbilisi Şəhər Meriyasının “Tbilsservis Qrupu”nda vakansiyalar var. Bu, həm təmizlik, həm yağış-kanalizasiya sistemi, həm də küçə işıqlandırma şəbəkəsi ilə bağlıdır.

Ümumilikdə, müxtəlif vəzifələr üzrə 398 nəfərin işlə təmin olunması mümkündür. Vakansiyaların 90%-i Təmizlik departamentinə aiddir. Bu vəzifələr arasında xüsusi texnika üçün 60-a yaxın sürücü tələb olunur.

Maaşlarla bağlı qeyd edim ki, əməkhaqqı 1000-dən 2000 lariyə qədər dəyişir. “Tbilsservis Qrupu”nda işləmək istəyənlər şirkətin ofislərinə müraciət edə bilərlər. Xüsusi texnika üçün sürücü çatışmazlığı ciddi problemdir və bu istiqamətdə 400-ə yaxın insanı işə götürməyə hazırıq”, – deyə Kaladze bildirib.

Bizi WhatsApp – da izləyin.