Nazir müavini: “Ümid edirik ki, Azərbaycan və Ermənistan razılığa gələcəklər”
Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır, buna görə də qonşu ölkələrə danışıqlar üçün öz platformasını təklif edir.
Bunu Xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyənin Antalya vilayətində keçirilən III Diplomatiya Forumunda deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və ondan hər iki tərəf faydalanacaq: “Sülhün alternativi yoxdur, bu səbəbdən Tbilisi Cənubi Qafqazda danışıqları və sabitliyin bərqərar olmasını dəstəkləyir”.