Gürcüstan üzərindən Avropaya banan yükü içində külli miqdarda narkotik vasitələr daşıyan çox sayda şəxs saxlanılıb – VİDEO

Ölkənin müxtəlif regionlarında narkotik cinayətlərinə görə 77 nəfər saxlanılıb, onlardan 23-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teimuraz Kupatadze brifinqdə bildirib. O qeyd edib ki, saxlanılanlar arasında Gürcüstanla yanaşı, İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşları da var.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkarlığın üstü açılıb. Belə ki, Ekvadordan Gürcüstan üzərindən Avropaya daşınan banan yüklü dəniz konteynerinə gizli şəkildə yerləşdirilmiş 52 kiloqrama qədər narkotik vasitə “kokain” aşkar edilərək götürülüb. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan internet mağazalarından biri də aşkar edilərək zərərsizləşdirilib. Bildirilir ki, sözügedən satış qara bazarın 50 faizindən çoxunu təmin edirmiş. Adıçəkilən mağazaya 1963-cü il təvəllüdlü Gürcüstan vətəndaşı rəhbərlik edib və onun şəxsi və yaşayış mənzilinə baxış zamanı 4 kiloqramadək narkotik vasitə “kokain”, 27 min ədəd “Ecstasy” həbləri və 10 kiloqram “Mdma” narkotik vasitə aşkar edilib.

Hakimin hökmü əsasında polis tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilən şəxslərdən bir neçə dəfə narkotik vasitələrin nəzarəti həyata keçirilib və satış zamanı gizli şəkildə audio-video çəklişlər edilib. Saxlanılan şəxslərin göstərdikləri yerlərdən, habelə saxlanılan şəxslərin şəxsi evlərinə və nəqliyyat vasitələrinə baxış zamanı maddi sübut kimi külli miqdarda “Heroin”, “Kokain”, “MDMA”, “Alpha PVP”, “Metamfetamin”, “Metadon”, “Həşiş” və psixotrop maddələr aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq başladılıb, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəazası gözləyir.