İlham Əliyev İran səfirliyinə gedərək başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının bu ölkədəki səfirliyində olub.
Bununla bağlı prezident administrasiyası məlumat yayıb.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları əlaqədar başsağlığı verib.
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.