Hakim partiya ABŞ-nin sanksiya təhdidlərinə sərt cavab verib
Hakim “Gürcü Arzusu” partiyası ABŞ-nin sanksiya təhdidlərinə cavab verib.
Partiyanın bu gün yaydığı bəyanatda bəzi amerikalı siyasətçilərin Gürcüstanla kommunikasiyada “səhv ardınca səhv”ə yol verdiyi və şantaj dilindən istifadə etdiyi qeyd edilib.
Bəyanatda deyilir: “Gürcüstan hökuməti oyun oynamır. Biz QHT-lərin şəffaflığına dair qanunu qəbul edirik, çünki biz ölkəni sakitləşdirmək üçün başqa yol görmürük. Daha əvvəl qeyd edildiyi kimi, QHT-lərin 2020-ci ildən sonra iki dəfə inqilab cəhdi olub və biz dayanıb üçüncü cəhdin də boşa gedəcəyinə ümid edə bilmərik. Bizim üçün bu qanun ticarət obyekti deyil, Gürcüstanın suverenliyinin qorunması üçün effektiv vasitədir və biz heç bir halda ölkənin suverenliyi ilə ticarət edə bilmərik, Gürcüstana qarşı ədalətsiz hücumları cavabsız qoya bilmərik.
Bəyanatda Aİ mövzusunun davamlı olaraq Gürcüstana qarşı şantaj aləti kimi istifadə edildiyi və buna son verilməli olduğu da xatırladılıb.