Baş nazir İran prezidentinin və digər dövlət rəsmilərinin vəfatı ilə bağlı kədərini ifadə edib
“Gürcüstan İran prezidentinin, xarici işlər nazirinin və digər dövlət rəsmilərinin vəfatı ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir”.
Bu barədə baş nazir İrakli Kobaxidze X sosial şəbəkəsində qeyd edib. O bildirib ki, gürcü xalqının düşüncələri indi İran xalqının yanındadır.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədinə yaxın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. İranda faciə ilə əlaqədar milli matəm elan edilib.