Bu gün SOCAR yanacağın qiymətini 90 dəqiqə 2 lariyə endirəcək

“SOCAR Georgia Petroleum” bu gün 1 iyul tarixində saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün növ yanacağın qiymətimi 2 lariyə endirəcək.

Bu barədə şirkət rəsmi sosial media hesabında məlumat yayıb.

“Avropa çempionatında bizə yaşatdığınız hislərə görə təşəkkür edirik. Fəxrlə ayrılırıq – komandamız mümkün olmayanı bacardı və dünyaya sübut etdi ki, Gürcüstan Avropa çempionatında iştirak etməyə layiqdir! Bu nəticə ilə yenə də inanılmaz dərəcədə qürur duyuruq. Vədimizi yerinə yetirərək azarkeşlərimizi sevindirəcəyik və iyulun 1-də saat 14:00-dan etibarən 90 dəqiqə ərzində hər növ yanacağı 2 lariyə əldə edəcəksiniz!”. – məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Gürcüstan və İspaniya yığması arasında baş tutan oyun 4:1 hesabı ilə İspaniyanın qələbəsi ilə yekunlaşıb.