Giorgi Mikautadze AVRO 2024-ün bombardiri və “qızıl buts”un sahibi olub

Gürcüstan millisinin futbolçusu Giorgi Mikautadze Avro 2024-ün bombardiri və “qızıl buts”un sahibi olub.

Belə ki, Gürcüstan millisinin hücumçusu Mikautadze Qakpo, Keyn, Musiala və Şrançla birgə 3 qolla “Qızıl buts”un sahibi olub.

Gürcüstanın futbol komandası ilk dəfə Avropa çempionatında iştirak edib. Millimiz 1/8 finalda İspaniyaya məğlub olaraq, çempionatdan kənarlaşıb.