“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib – FOTO

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib.

Görüş “Parlaq Gələcək” Gənclər Mərkəzi və “SİMART” Sağlam İnkişaf Platformasının birgə təşkil etdikləri “Nağıl gecələri” adlı layihə çərçivəsində baş tutub.
Bildirilib ki, “SİMART” Sağlam İnkişaf Platforması uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələr, animasiyalar, milli nağıllar, kitab və bələdçilər, valideynlər üçün inkişaf proqramları təklif edir.

Sonra uşaqlar “SİMART” Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan birini izləyiblər. Uşaqlar izlədikləri animasiya ilə bağlı əyləncəli və maraqlı fikirlər söyləyiblər.

Görüşün sonunda uşaqlara “SİMART” Sağlam İnkişaf Platformasının layihəsi əsasında hazırlanmış “İçərişəhərin sirli sakini” kitabı hədiyyə olunub.

Sonda “Parlaq Gələcək” Gənclər Mərkəzinin rəhbəri Araz Musayev “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”nin kitabxanasına 65 ədəd bədii və uşaq ədəbiyyatı hədiyyə edib.