İrandan Türkiyəyə gətirilmiş bir ton yarımdan çox narkotik vasitə ələ keçirilib

İrandan Türkiyəyə gətirilmiş bir ton 549 kiloqram narkotik vasitə ələ keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, İstanbul və Yalovada həyata keçirilən “Narkoçelik-30” əməliyyatı çərçivəsində səkkiz şübhəli şəxs saxlanılıb.

A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam etdiriləcəyini diqqətə çatdırıb.