Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib
Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında rekord həddə – 1,9 milyard dollar təşkil edib.
Bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.
Bildirilib ki, ən böyük artım Aİ ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri hesabına olub: onların payı 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Gürcüstan Milli Bankına görə, ölkələr üzrə gəlirlər aşağıdakı kimidir: Rusiya – 380,1 dollar; Türkiyə – 287 milyon dollar; Aİ ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar; İsrail – 175,4 milyon dollar; Azərbaycan – 78,5 milyon dollar; Ukrayna – 69 milyon dollar; İran – 64,2 milyon dollar; Ermənistan – 64,1 milyon dollar; Belarus – 39 milyon dollar; Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar; digər ölkələr – 462 milyon dollar.
Statistikaya görə, 2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan çox səfər edib (illik artım 5,6 %) və bunların ən çoxu ilin birinci yarısında qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan qeydə alınıb.