5 minə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədində gözləyir

4,4 mindən çox yük maşını “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün gözləyir.

Bu barədə Şimali Osetiya Respublikasının Yol Hərəkətinin Təşkili Mərkəzi xəbər verir.

Rusiya tərəfdən ümumilikdə 4 419 qoşqu Gürcüstana girişi gözləyir.

Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda nəqliyyatın hərəkəti sərbəstdir. “Yuxarı Lars” keçid məntəqəsində parkinq yeri çatışmazlığı səbəbindən növbə yaranıb.