Gürcüstan millisi Parisdə daha 2 qızıl medal qazanıb – FOTO
Sərbəst güləşçi Geno Petriaşvili 125 kq çəki dərəcəsi üzrə, ağırlıqqaldırmada isə Laşa Talaxadze 102 kq çəki dərəcəsi üzrə Paris 2024 Olimpiadasında qızıl medal qazanıb.
Belə ki, güləşçi yarımfinalda Azərbaycanı təmsil edən Giorgi Meşvildişvilini 7:0 hesabı ilə məğlub edib. Petriaşvili finalda iranlı rəqibi Əmir Hüseyn Zareniə isə 10 : 9 hesabı ilə qalib gəlib.
Məlumat üçün onu da bildirək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Gürcüstanın hesabında 3 qızıl, 2 gümüş və 1 bürünc medal var.
Cüdoçumuz Laşa Bekauri ikiqat Olimpiya çempionu olub. O, finalda yaponiyalı Sanşiro Muraonu məğlub edərək Gürcüstan millisinə ilk qızıl medalı gətirib.
Paris Olimpiadasında Gürcüstan millisinə gümüş medalı üçqat dünya çempionu Tato Qriqalaşvili gətirib.
Cüdoçu İlia Sulamanidze gümüş medal, boksçu Laşa Qurul isə bürünc medal qazanıb.