Qabal kəndində 24 yaşlı qızı qaçıran 5 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Laqodeki Rayon İdarəsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü A.M. qrup halında qanunsuz azadlıqdan məhrum etmə və cinsi cinayət ittihamı ilə, 1969-cu il təvəllüdlü İ.F., 1999-cu il təvəllüdlü G.İ., əvvəllər məhkum edilmiş 1996-cı il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü M.B. qrup halında qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə həbs olunublar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaqla müəyyən edilib ki, A.M. evlənmək məqsədi ilə 2000-ci il təvəllüdlü Q.Q.-nı qanunsuz olaraq azadlıqdan məhrum edib və ona qarşı cinsi zorakılıq törədib. Qanunsuz azadlıqdan məhrumetmədə hazırda təqsirləndirilən şəxs qismində həbs olunanlar İ.F., G.İ., S.A. və M.B. də iştirak ediblər. Polis intensiv operativ-axtarış və istintaq tədbirləri nəticəsində qaçırılmış qızı Qaracalar kəndində tapıb.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü və 137-ci maddələri ilə aparılır.