Kutaisiyə uçan təyyarələrin birində sərnişin dünyasını dəyişib

Wizz Air aviaşirkətinin Roma-Kutaisi reysi ilə uçan sərnişin ölüb. Bu barədə məlumatı reysin sərnişinləri yayıb. Mövcud məlumata görə, yaşı 75-dən aşağı olan qadının halı uçuş zamanı pisləşib.

Hadisə ilə əlaqədar təyyarə Bolqarıstanın Varna şəhərinə enib və Kutaisi hava limanına bir neçə saat gec gəlib.