İrakli Kadaqişvili: Parlament seçkiləri Azərbaycan xalqını bir daha birləşdirdi

Nümayəndə heyətimiz səhər saatlarından 8 seçki məntəqəsində olub. Deyə bilərik ki, seçkilər sakit, mütəşəkkil şəraitdə keçirilir. Prosesdə heç bir ciddi pozuntu müşahidə etmədik. Seçkilər həmişə olduğu kimi davam edir və ümidvarıq ki, günün sonunadək səs vermək istəyən hər kəs bu imkandan istifadə edəcək.

Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin üzvü, beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri İrakli Kadaqişvili məlumat verib.

“Əlbəttə, bu, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycanın həyatında baş verən mühüm mərhələdir, çünki seçkilər ölkənin bütün suveren ərazisində keçirilir. Prezident seçkiləri kimi, parlament seçkiləri də Azərbaycan xalqını bir daha birləşdirdi”.