Tbilisidə dəmir yolunda baş verən dəhşətli qəza nəticəsində 2 nəfər dünyasını dəyişib

Batumidən Tbilisiyə gələn sərnişin qatarı Peikreba küçəsi yaxınlığında iş platformasına çırpılıb, nəticədə 2 nəfər yerindəcə dünyasını dəyişib.

Onların hər ikisi Gürcüstan Dəmir Yolu idarəsinin işçisi olub.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin dəmir yolu nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başladılıb.

Məlumat üçün onu da bildirək ki, sərnişinlər arasında xəsarət alan olmayıb.