Yaşar Gülər: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda sabitliyə ciddi töhfə verir

Cənubi Qafqaz regional və qlobal təhlükəsizlik üçün kritik əhəmiyyət kəsb edir.

RealNews.ge “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı güclü əməkdaşlıq ölkələrin maraqlarına cavab verir: “Bu, həm də Cənubi Qafqazda sabitliyə ciddi töhfə verir”.