Bidzina İvanişvili: “Ölkəyə 12 illik davamlı sülh gətirən yeganə siyasi güc bizik”

Rustavi şəhərində hakim “Gürcü arzusu” partiyasının regional seçki kompaniyası keçirilib.

Tədbirdə partiyanın təsisçisi Bidzina İvanişvili çıxış edərək, xalqa müraciət edib:

“Salamlayıram Rustavi, Bolnisi, Dmanisi, Marneuli, Qardabani, Tsalka və Tetritskaro sakinlərini!

Salamlayıram qədim və unikal tarixi olan bu bölgəni, hansı ki, tarixi abidələri, gözəl təbiəti və ən əsası, inanılmaz insanları ilə seçilir! Salamlayıram ilk avropalıların diyarını, harada demək olar ki, 2 milyon il əvvəl sivilizasiyanın beşiyi tərpənib. Salamlayıram bölgəni, harada xristian memarlığının ən vacib abidələrindən biri – Bolnisi Sioni və ən qədim Gürcü yazı nümunələri qorunub saxlanılıb. Salamlayıram bu bölgəni, harada ən qədim üzümçülük izləri aşkar olunub, hansı ki, sübut edir ki, Gürcüstan şərabın vətənidir! Salamlayıram qonaqpərvərliyi və tolerantlığı ilə məşhur olan bu diyarı, harada gürcülərlə birlikdə, azərbaycanlılar, ermənilər, yunanlar, almanlar və digər millətlər ev və vətən tapıblar.

Siyasətçi kimi, ilk dəfə 2012-ci ildə sizinlə görüşdüm və ölkəmiz üçün o qaranlıq dövrdə söz verdim ki, birgə səylərlə mütləq “Milli Hərəkat” rejimini məğlub edəcəyik, hansı ki, dövləti mənimsəmişdi və əhalini terror və qorxu içində saxlayırdı.

1 oktyabr tarixi qələbədən sonra, biz birlikdə ölkəmizi düzgün inkişaf yoluna yönəldə bildik. Nəticədə, sizinlə birgə demokratiya, qanunun aliliyi və insan ləyaqətinə hörmətə əsaslanan dövlətin qurulmasının təməlini qoyduq. Məhkəmə və prokurorluğu sağlamlaşdırdıq, media müstəqildir, biznes toxunulmazdır. Buna görə də, xalq azad nəfəs alır və artıq heç kim siyasi təqib qorxusu daşımır.

Hakimiyyətə gəldikdən sonra, Kvemo Kartlidə infrastruktur qaydaya salındı və inkişaf etdirildi. Əhalinin maraqlarına uyğun dövlət proqramları ilə biz kənd təsərrüfatını bərpa etdik, hansı ki, əvvəlki hökumət tərəfindən zəiflədilmişdi, fermerlərimiz və kəndlilərimiz üçün bağlı bazarların qapısını açdıq. Enerji müstəqilliyimizin gücləndirilməsi istiqamətində vacib addımlar atdıq və bu istiqamətdə çoxlu sərmayə məhz Kvemo Kartlidə həyata keçirilib.

Etnik azlıqların nümayəndələrini ikinci dərəcəli vətəndaşlar hesab edən “Milli Hərəkat” rejimi keçmişdə qaldı və artıq onları yalnız seçkilər zamanı xatırlamaq dövrü də keçdi. Bu gün dövlətin əsas mənbəyi insandır! Gürcüstanın hər bir vətəndaşı, onun etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bərabərdir və dövlətin vətəndaşlarına təklif etdiyi bütün üstünlüklərdən tam istifadə edir.

2012-ci ildə zəhmətkeş insanların yaşadığı Rustavidə işsizlik, yoxsulluq və son dərəcə çətinlik hökm sürürdü. O zaman Rustavi sakinlərinə söz verdim ki, bu şəhərin sənaye potensialından tam istifadə edəcəyik və Rustavidə yerləşən zavod və fabriklərin tam gücü ilə işləməsini təmin edəcəyik. Bu vədi yerinə yetirməkdən məmnunam və bu istiqamətdə çox şey ediləcək.

Rustavili sakinlər bizə sübut edirlər ki, hətta az miqdarda gücün “Milli Hərəkat”ın kollektiv üzvlərinin əlində olması sabotaj və xalq üçün qaçılmaz ziyan deməkdir. Bu gün şəhər yüksək məsuliyyətə malik peşəkar merə sahibdir, Rustavi və rustavilərin maraqlarını 24 saat qoruyan gənc qadın, Nino Latsabidze. Buna qarşı olaraq, “Milli Hərəkat”ın kollektiv üzvləri Rustavi Şurasında mövqelər uğrunda ölüm-dirim mübarizəsi aparıblar. Hətta, onlar Rustavi əhalisinə daimi sabotaj təşkil edir və şəhər üçün həyati əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini ləngidirlər. Bu nümunə Gürcüstanda hansı fəlakətin baş verə biləcəyini göstərir, mümkün olmadığı halda “Milli Hərəkat”ın kollektiv şəkildə hakimiyyətə qayıtması təhlükəsi olduğu zaman.

Keçmişdə olduğu kimi, bu gün də radikal müxalifət ölkənin və xalqın maraqları deyil, xaricdən alınan tapşırıqlar əsasında fəaliyyət göstərir. Bu, niyə onların hakimiyyətə yaxınlaşmamalı olduğunun əsas səbəbidir və buna görə deyirik ki, 26 oktyabrda yaxşı ilə daha yaxşı arasında deyil, müharibə və sülh, xarici qüvvələrin agentləri ilə Gürcü xalqının maraqlarını təmsil edən “Gürcü Arzusu” arasında seçim edirik. Biz xarici qüvvələrə ölkəmizin daxili işlərinə müdaxilə etmə icazəsi verməyəcəyik, çünki 26 oktyabrda Gürcüstan xalqı xarici agentləri deyil, milli siyasəti təmsil edən siyasi gücü – “Gürcü Arzusu”nu seçəcək!

“Milli Hərəkat” kollektiv olaraq, hər şeyə qarşı işləyir və onlar təkcə hakimiyyətə yaxınlaşmamalıdırlar, eyni zamanda onların qeyri-konstitusional elan edilməsi və ən sərt şəkildə mühakimə olunmaları məsələsi ortaya qoyulmalıdır. Bu vətənindən məhrum insanlar təkcə öz vətəndaşlarını işgəncə vermək və öldürmək, biznesi reketə məruz qoymaq, ölkədə yayılmış korrupsiya və bizi illər boyu yaşatdıqları avtoritarizm üçün deyil, ilk növbədə, bir ağır cinayətə görə – hansı ki, Gürcüstan onlara heç vaxt bağışlamayacaq. 2008-ci ildə baş verən ağır faciəyə görə. Bu cinayətdə “Milli Hərəkat” məsuliyyət daşıyır. Xarici tapşırığı yerinə yetirmək üçün onlar müharibəyə başladılar, hansı ki, 400-dən çox insanın həyatını itirməsi, 30 mindən çox qaçqın və itirilmiş ərazilərlə nəticələndi.

26 oktyabr seçkilərində iştirak etməklə və “Gürcü Arzusu”nu dəstəkləməklə, siz təminat alırsınız ki, Gürcüstanı müharibəyə heç kim cəlb edə bilməz, və müharibə cinayətkarları ən sərt şəkildə cəzalandırılacaqdır. Bəli, məhz “Gürcü Arzusu” bunun təminatıdır, çünki biz bölgədəki hərbi münaqişələr fonunda, qlobal geosiyasi vəziyyətdə, ölkəyə 12 illik davamlı sülh gətirən yeganə siyasi gücük!”- deyə Bidzina İvanişvili bildirib.