Baş nazir: Baydenin dəvətinin ləğv edilməsi qeyri-ciddidir və müxalifəti dəstəkləmək məqsədi daşıyır

Baş nazir İrakli Kobaxidze ABŞ Prezidenti Co Baydenin rəsmi qəbuluna dəvət edilənlərin siyahısından çıxarılmasına münasibət bildirib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və müxalifəti dəstəkləmək məqsədi daşıdığını qeyd edib.

“Mən bu barədə xüsusi şərh verə bilmirəm. Bu qeyri-ciddidir, onlar üç gün əvvəl dəvət göndərdilər və daha sonra bunu ləğv etdilər. Bu bir növ müxalifətin xeyrinə atılmış humanitar addımdır, baxmayaraq ki, bunun müxalifət üçün də praktiki effekti olmayacaq. Bu mövzuda əlavə şərh vermək mənim üçün çətin olacaq”, – Kobaxidze deyib.

Qeyd edək ki, İrakli Kobaxidze ABŞ Prezidentinin BMT Baş Assambleyasında iştirak edən dünya liderləri üçün təşkil etdiyi ənənəvi qəbula dəvət edilib, lakin dəvət daha sonra Ağ Ev tərəfindən ləğv edilib.