Daxili İşlər Nazirliyinin inzibati binalarında dövlət bayraqları endirilib – FOTO

Suxuminin süqutunun ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin inzibati binalarında dövlət bayraqları endirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin bütün inzibati binalarında, Abxaziya müharibəsində həlak olanların xatirəsini anmaq və Suxuminin süqutunun 31-ci ildönümü ilə əlaqədar dövlət bayraqları endirilib.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1992-ci il avqustun 14-də başlayıb. Müharibə 13 ay və 13 gün davam edib.