Baş nazir: “Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi faktdır”

“Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi bir faktdır”.

Bu barədə Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Rusiyanın adını niyə çəkmədiyi barədə sualını cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, o, çıxışı zamanı işğaldan danışıb: “Söhbət işğaldan, Abxaziyadan və Sxinvali bölgəsindən gedirdi. Biz Gürcüstanın ərazi bütövlüyündən danışırdıq, bütün bu mövzulardan danışdıq… Rusiya Federasiyası ərazilərimizi işğal edib, hamı bunu çox gözəl bilir. Mən Birləşmiş Millətlər Təşkilatında işğaldan danışdım. Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi bir faktdır”, – deyə Kobaxidze bildirib.

Xatırladaq ki, İrakli Kobaxidze ABŞ-da səfərdə olub və orada BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.