Azərbaycanda 7 ayda 30 milyard kubmetrə yaxın təbii qaz hasil edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kuubmetr və yaxud 4,6 % çox – təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, bunun 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz” yatağından 0,9 milyard kubmetri “Abşeron” yatağından, 4,4 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.
Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.