İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəldi.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.