Gürcüstanın Azərbaycandakı səfiri bu il postunu tərk edəcək

Zurab Pataradze 2025-ci il yanvarın 1-dən Gürcüstanın Azərbaycandakı səfiri postunu tərk edəcək.

Müvafiq qərar Gürcüstan hökumətinin saytında dərc olunub.

Pataradzenin rotasiya müddəti başa çatır və onun başqa ölkəyə səfir təyin edilib-edilməyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Zurab Pataradze 2018-ci ildən Gürcüstanın Azərbaycandakı səfiridir, 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib, həmçinin Gürcüstanın Türkiyə və Qazaxıstandakı səfiri olub.