“Gürcü Arzusu” prezidentin impiçment proseduruna yenidən başlayır

Salome Zurabişvilinin impiçment qaydası ilə vəzifədən kənarlaşdırılmasının, səlahiyyət müddəti baxımından əsasən simvolik mənası var, lakin bu qərarın hüquqi və siyasi əhəmiyyəti çox prinsipialdır – yeni çağırış parlament, ilk iclaslarında Salome Zurabişvilini impiçment qaydası ilə vəzifədən azı 100 səslə kənarlaşdıracaq. Bu barədə “Gürcü Arzusu” siyasi şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili hakim partiyanın ofisində keçirilən mətbuat konfransında bildirib.

Papuaşvili parlament çoxluğunun bu qərarı niyə qəbul etdiyini izah edərək və qeyd edib ki, Salome Zurabişvili impiçmentin birinci prosedurunun başa çatmasından sonra da Gürcüstan hökumətinin razılığı olmadan bir neçə xarici səfər həyata keçirib.

“Bildiyiniz kimi, 2023-cü ilin 16 oktyabr tarixində Gürcüstan Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvilini Konstitusiyanı pozmaqda günahlandırdı və Gürcüstan Konstitusiyasının 52-ci maddəsində göstərilən qaydaya əsasən, prezidentin xarici səfərləri yalnız Gürcüstan hökumətinin razılığı ilə həyata keçirə biləcəyini təsdiqlədi. Konstitusiyanın pozulması faktının təsdiqindən sonra Salome Zurabişvili radikal müxalifət nümayəndələrinin dəstəyi hesabına prezident postunu qoruyub saxladı. Radikal müxalifətdən Konstitusiyanın pozulması ilə bağlı toxunulmazlıq zəmanəti aldıqdan sonra Salome Zurabişvili Gürcüstan Konstitusiyasını kobud şəkildə pozmağa davam etdi. Xüsusilə, o, impiçment prosedurunun başa çatmasından sonra da Gürcüstan hökumətinin razılığı olmadan bir neçə xarici səfər həyata keçirib. O, keçən həftə Fransa, Almaniya, Polşa və Belçikada səfərdə olub.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin qərarına qədər xarici ölkələr və təşkilatlar deyə bilərdilər ki, onlara məlum deyil ki, prezidentin səfər üçün hökumətin razılığı tələb olunur. Lakin bu qərardan sonra Gürcüstan hökumətinin məcburi razılığı olmadan Salome Zurabişvilini qəbul etmək, gürcü xalqına və onun konstitusiya quruluşuna qəsdən hörmətsizlik olmaqla yanaşı, ölkənin daxili işlərinə müdaxilə etməmək prinsipini pozmaqdır və bizim ortaq Avropa dəyərlərimizə ziddir.

Bizim Konstitusiyamız gürcü xalqının iradəsinin xüsusi olaraq əks olunduğu əsas qanundur. Buna görə onun qəsdən, açıq və təhqiredici şəkildə pozulması cəzasız qalmamalıdır. Bu səbəbdən parlament çoxluğu impiçment prosedurunu yenidən qaldırmaq və yeni konstitusiya təqdimatını hazırlamaq qərarına gəlib, bu təqdimat Gürcüstan Konstitusiya Məhkəməsinə parlament seçkilərinə qədər təqdim olunacaq.

Gürcüstan Konstitusiya Məhkəməsinin Konstitusiyanın pozulması faktını təsdiqlədikdən sonra, yeni çağırış parlament ilk iclaslarında Salome Zurabişvilini azı 100 səslə impiçment qaydası ilə vəzifədən kənarlaşdıracaq.” – deyə Şalva Papuaşvili bildirib.