Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
Ermənistanın Azərbaycands törətdiyi növbəti terrordan 4 il ötür.
Belə ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədib.
Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib.
Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.