NATO bu tarixdən nüvə təlimlərinə başlayır
NATO Rusiyanın artan nüvə hədələri fonunda illik nüvə təliminə bazar ertəsi başlayacaq.
RealNews.ge “Reuters“a istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rütte Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra verdiyi açıqlamada bildirib.
Baş katib qeyd edib ki, təlim iki həftə davam edəcək.
NATO rəsmisi bildirib ki, Belçika və Hollandiyanın ev sahibliyi etdiyi “Steadfast Noon” təlimində 13 ölkədən təxminən 2000 şəxsi heyət, 60 təyyarə iştirak edəcək. Təlimdə F-35A döyüş təyyarələri və B-52 bombardmançı təyyarələri də iştirak edəcək.
“Müdafiəmizi gücləndirmək çox vacibdir ki, düşmənlərimiz NATO-nun hər cür təhlükəyə hazır olduğunu və istənilən vaxt cavab verə biləcəyini bilsinlər”, – deyə Rutte vurğulayıb.