Savalan Mirzəyev Candar əhalisi ilə görüş keçirib – FOTO
Qardabani bələdiyyəsinin Candar kəndində “Gürcü Arzusu” partiyasının Deputatlığa namizədi Savalan Mirzəyev yerli əhali ilə görüşüb. Görüşdə Qardabani Meri Davit Kargarateli, müavini Fuad Mirzəyev, eləcə də digər rəsmilər və sakinlər iştirak ediblər.
Görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə edilib. Həmçinin “Gürcü Arzusu”nun idarəçilik dövründə həyata keçirilən layihələrdən, gələcək planlardan danışılıb.
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin və ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi vurğulanıb.