Qardabanidə keçmiş həyat yoldaşını qətlə yetirmək istəyən şəxs 17 il azadlıqdan məhrum edilib
Cari ilin əvvəlində Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində baş vermiş hadisə ilə bağlı məhkəmə prosesi baş tutub.
Məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiq edilib ki, yanvarın 21-də Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində təqsirləndirilən şəxs bacısı qızının oğlu ilə birgə öz həyat yoldaşına kürəyindən bıçaqla xəsarət yetirməsi faktını təsdiqləyib.
Təcili tibbi yardım göstərilməsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən şəxslər ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə ittiham olunublar.
Nəticədə Rustavi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə ailə üzvünə qarşı adam öldürməyə cəhd ittihamı üzrə tam təqsirli bilərək 17 il, təqsirləndirilən şəxsin qohumunu isə ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə köməklik göstərdiyinə görə 16 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.