Prezidet seçkilərdən əvvəl “texniki hökumət”i təqdim edəcək

Prezident Salome Zurabişvili parlament seçkilərindən əvvəl “keçid dövründə təsis ediləcək” texniki hökuməti elan edəcək.

Salome Zurabişvili bu barədə keçirdiyi brifinqdə bildirib.

“Mən “Gürcü Xartiyası”nın həyata keçirilməsini təmin edəcək və Gürcüstanı getməli olduğumuz Avropanın qapısına aparacaq texniki hökuməti, müvəqqəti administrasiyanı təqdim etməyi planlaşdırıram. İnanıram ki, bu, ictimaiyyətin bu insanların kim olacağını bilməsi üçün seçkilərdən öncə edilməlidir”, – Zurabişvili deyib.