Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb
Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayışda 4 nəfər ölüb.
RealNews.ge Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).
Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.
Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.